Azərbaycan məktəblərində 3 477 şagird KORONAVİRUSA YOLUXUB
    • 22-10-2021, 12:09
    • 313

Azərbaycan məktəblərində 3 477 şagird KORONAVİRUSA YOLUXUB

"Hazırda 433 sinif distant formada tədrisə davam edir".

News24.az xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, indiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub: "I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib".