Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI AÇIQLANDI
    • 25-10-2021, 16:37
    • 265

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 366 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9383669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5060409, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4323260 təşkil edir.