Vətən Müharibəsinin qazisi ÖZÜNÜ ASDI
    • 27-10-2021, 11:38
    • 419

Vətən Müharibəsinin qazisi ÖZÜNÜ ASDI

Saatlıda intihara cəhd olub.

News24.az-ın məlumatına görə, Saatlı şəhər sakini, 1998-ci il təvəllüdlü Abasov Miryusif Rəhim oğlu rayonun Qırağlı kəndinə gedərək intihara cəhd edib. Vətən Müharibəsi qazisi olan və döyüşlərdə xəsarətlər almış iryusif kəndin yaxınlığındakı ağaclıq sahəsində sintetik iplə özünü qarağac ağacından asıb. Lakin onun yaxınları bundan vaxtında xəbər tutub və M.Abasovu izləyərək onun həyatını xilas edə biliblər.

O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Miryusif ilkin ifadəsində iş üçün dəfələrlə müraciət etsə də, hələ də işlə təmin edilmədiyini deyib.

O da qeyd edilib ki, M.Abasov bir neçə dəfə ruhi əsəb dispanserində müalicə alıb.

Faktla bağlı araşdırma aparılır.