Tikilməkdə olan bina uçdu - 6 ölü, 100 itkin
    • 2-11-2021, 12:23
    • 377

Tikilməkdə olan bina uçdu - 6 ölü, 100 itkin

Nigeriyanın paytaxtı Laqosda tikilməkdə olan 21 mərtəbəli binanın uçması nəticəsində 6 nəfər ölüb, 100-ə yaxın şəxs itkin düşüb.

News24.az xəbər verir ki, dağıntı altında qalanlar tikintidə işləyən fəhlələrdir. 

Yerli polis insidentin baş vermə səbəbinin hələ bəlli olmadığını deyib.