Bu şəxs qəbristanlıqdan oğurluq etdi
    • 2-11-2021, 12:49
    • 332

Bu şəxs qəbristanlıqdan oğurluq etdi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ötən gün qəbristanlıqdan oğurluq edən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaradəmirçi kəndində yerləşən qəbristanlıqdan oğurluq edən, əvvəllər məhkum olunmuş rayon sakini Elnur Mikayılov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan oğurladığı dəmir barmaqlıqlar maddi sübut kimi aşkar edilərək götürülüb. 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.