“Bu, qeyri-bərabər, ədalətsiz yanaşmadır”
    • 4-11-2021, 12:49
    • 286

“Bu, qeyri-bərabər, ədalətsiz yanaşmadır”

“Vaksinləşmə inkişaf etməkdə olan ölkələrin bir çoxunda 10 faizə çatmayıb. Təbii ki, bu, qeyri- bərabər, ədalətsiz yanaşmadır”. 

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə  açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. 

O qeyd edib ki, bu gün Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə fikirlərini bildirib: “İnkişaf etmiş ölkələrdə bu göstərici 60-70 faiz qədər çatıb. Bu, qlobal pandemiyadır, hansısa bir ölkə bunu bitirə bilməz. Bütün ölkələr birlikdə pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, tezliklə bitsin”.