Allahşükür Paşazadə ermənilərin vandallığından DANIŞDI
    • 4-11-2021, 13:37
    • 268

Allahşükür Paşazadə ermənilərin vandallığından DANIŞDI

"Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi dövründə öz geniş beynəlxalq əlaqələrindən istifadə edərək Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı hərbi cinayətlərini faktlarla ifşa edərək, erməni ekstremistləri tərəfindən dinc əhalimizə qarşı törədilən terror aktları, işğal olunmuş ərazilərimizdə yüzlərlə məscid, məbəd və kilsənin, minlərlə məzarlıqların dağıdılmasını, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılmasını və dini məbədlərin erməniləşdirilməsini, əsarətdə qalan məscidlərimizdə İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət əməlləri barədə dünyanın bütün nüfuzlu dini mərkəz və məqamlarını, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları çoxsaylı məktub və bəyanatları, keçirdiyi konfranslar vasitəsilə ətraflı məlumatlandırıb".

News24.az xəbər verir ki, bunu QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, idarənin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla bərabər bu istiqamətdə genişşaxəli fəaliyyətinin bütün istiqamətləri, o cümlədən, erməni kilsəsinin dini-ideoloji müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyalarının qarşısının alınması yönündə apardığı miqyaslı mübarizə barədə Azərbaycan xalqı və dünya ictimaiyyəti bütün həqiqətləri bilməlidir: "Biz Uca Yaradan qarşısında borcumuzu, Vətən qarşısında xidmətimizi layiqli şəkildə həyata keçirməyimizdən qürur duyuruq".