Pensiyalar noyabrın 15-də tam ödəniləcək
    • 13-11-2021, 14:04
    • 681

Pensiyalar noyabrın 15-də tam ödəniləcək

Respublika üzrə bütün pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.