Ukrayna Baş Prokuroru azərbaycanlı həmkarına başsağlığı verdi - Foto
    • 1-12-2021, 15:27
    • 414

Ukrayna Baş Prokuroru azərbaycanlı həmkarına başsağlığı verdi - Foto

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ukraynalı həmkarı İrina Venediktova ilə görüşüb. 
Görüş zamanı iki ölkənin Baş Prokurorluğu arasında əməkdaşlıq sazişı imzalanıb.

News24.az xəbər verir ki, tərəflər cinayətkarlığa, xüsusilə onun mütəşəkkil formalarına, o cümlədən ekstremizmə, terrorizmə, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına), korrupsiyaya, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Baş Prokurorlar həmçinin iqtisadi və kibercinaykarlığa, insan alverinə, qeyri-qanuni miqrasiyaya və digər cinayətlərə qarşı birgə mübarizə haqda razılığa gəliblər. Bundan əlavə, onlar insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq edəcəklər.

Azərbaycanın baş prokuroru Kamran Əliyev bildirib ki, Ukrayna Baş Prokurorluğu ilə saziş imzalanması cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı gücləndirəcək.

Müqavilədə əsasən, Ukrayna və Azərbaycan prokurorluqlarının fəaliyyəti, o cümlədən cinayətlərin açılması və qarşısının alınması üzrə təcrübə və məlumat mübadiləsini nəzərdə tutur. Tərəflər prokurorluq orqanlarının fəaliyyətinə dair aktual məsələlərlə bağlı birgə məsləhətləşmələr, seminarlar və ekspert görüşləri, habelə elmi-praktik tədbirlər keçirəcəklər.

İrina Venediktova da iki ölkənin müvafiq qurumlarını cəmiyyət üçün təhlükə yaradan cinayətlərlə mübarizənin birləşdirdiyini qeyd edib: “Hər iki qurumun fəaliyyətində səmərəliliyinin artırılmasına kömək edəcək bu əlamətdar sənədi imzalamaqla Ukrayna Prokurorluğunun yaradılmasının 30 illiyini qeyd etməyimiz vacibdir. Bizim artıq Azərbaycanın Baş Prokurorluğu ilə kifayət qədər sıx əməkdaşlığımız var və bu saziş əməkdaşlığımızı daha da yaxşılaşdıracaq, mütəxəssislərimiz arasında peşəkar əlaqələri gücləndirəcək”.

Qeyd edək ki, görüş zamanı Ukrayna prokuroru İrina Venediktova azərbaycanlı həmkarı Kamran Əliyevə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin həlak olması ilə bağlı başsağlığı verib.