Ağdam və Beyləqanda koronavirus xəstələri SAXLANILDI
    • 8-12-2021, 10:34
    • 302

Ağdam və Beyləqanda koronavirus xəstələri SAXLANILDI

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı  ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Ağdam rayon sakini Elbəyi Qarayevin testinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. RPŞ-nin əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilərək müalicə aldığı ünvana geri qaytarılıb. 
 
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Şərq qəsəbə sakini Qorxmaz Əliyevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Saxlanılan şəxsin polis əməkdaşları tərəfindən müalicə aldığı ünvana qaytarılması təmin edilib.
 
Faktlarla bağlı araşdırmalar aparılır.