Yasa gedən COVID xəstəsi saxlanıldı
    • 11-12-2021, 15:14
    • 297

Yasa gedən COVID xəstəsi saxlanıldı

Ağsuda yasa gedən aktiv koronavirus xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Ağsu rayonunda koronavirus infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilən Kəndoba kənd sakini Üzeyir İsmayılovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Belə ki, onun infeksiyaya yoluxduqdan sonra yas mərasiminə getdiyi və oradakı digər şəxslərin də sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub.

Ü.İsmayılov barəsində cinayət işi başlanılıb.