Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanıldı
    • 14-12-2021, 09:08
    • 280

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanıldı

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 18 fakt müəyyən edilib.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.