Könül Ələkbərov: “Saxta əlilliyi olanlarla bağlı SƏRT TƏDBİRLƏR görülür”
    • 14-12-2021, 13:08
    • 296

Könül Ələkbərov: “Saxta əlilliyi olanlarla bağlı SƏRT TƏDBİRLƏR görülür”

"Mingəçevirdə İcbari Tibbi Sığorta ilə bağlı fəaliyyətə başlayanda təxminən 100 minlik əhalinin 10 mini II qrup əlil idi. 1370 nəfəri I qrup, təxminən 300-400 nəfəri isə III qrup əlil idi. Ancaq çox qısa bir zamanda say etibarilə II qrup üzrə 10 min əlili azaltdıq. Çünki bir çoxu düzgün olmayan yollarla bu "əlilliyi" qazanmışdılar".

News24.az
-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O saxta əlilliyi olan şəxslərlə bağlı bunları deyib: "I qrup əlillər qəbula gələndə “mən qaçqınam, köçkünəm, iş tapa bilmirəm” deyirdilər. Saxta əlilliyi olanlara yenidən sağlam yazıb, müvafiq orqanlara yönəldirik ki, araşdırıb, günahkarları cəzalandırsınlar".