36 yaşlı kişinin evdə meyiti tapıldı
    • 22-12-2021, 18:27
    • 326

36 yaşlı kişinin evdə meyiti tapıldı

Beyləqan rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Mustafayev Müşviq İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.