Şagirdlərin Elektron Elm Jurnalının saytı hazırdır
    • 25-12-2021, 10:38
    • 509

Şagirdlərin Elektron Elm Jurnalının saytı hazırdır

V Qrant müsabiqəsi çərçivəsində Şagirdlərin Elektron Elm Jurnalının saytı hazırdır.

News24.az-ın məlumatına görə, bu jurnal vasitəsi ilə şagirdlər öz tədqiqat məqalələrini və ya tərcümə etdikləri elmi məqalələri öz yaşıdları ilə bölüşə bilirlər. Bu mövzuda bir balaca köməyinizə ehtiyac var.

Bu məlumatı şagirdlərinizlə bölüşməyiniz. Əminəm onların arasında elmi məqalə yazmağa maraqlı şagirdlər var və onların gələcək həyatında önəmli dəyişikliklərə səbəb ola biləcək bu fəaliyyətə həvəsli olacaqlar. 

Elmi məqalə göndərməyin addımları aşağıdakı kimidir:
1. Sayta daxil olun və qeydiyyatdan keçin. 
2. Elektron poçt adresinə avtomatik şəkildə gedən e-məktubu adresinizə daxil olaraq təsdiq edin. 
3. Məqalə göndər düyməsinə basın.
4. Müvafiq bölmələrə məqalənin adını, açar sözlərini və əsas mətnini yerləşdirin. 
5. Slug hissəsini boş buraxın və müvafiq pəncərələrdən istəsəniz məqaləyə şəkillər, videolar əlavə edə bilərsiniz. 
6. Sonda göndər düyməsinə basın. 

Məqaləniz münsiflər heyətinin rəyin əsasında saytda və sayta yerləşdiriləcək e-jurnalda görünəcək.  

Elmi məqalə yazmaqla bağlı biliklərinizi artırmaq üçün isə Şagirdlərin Elektron Elm Jurnalı youtube kanalındakı videoları izləyə bilərsiniz:

https://www.youtube.com/channel/UC0W3so1lN34ePLGJX82eI8A/featured