Nazir: "9 hədəfimiz var"
    • 28-12-2021, 12:15
    • 229

Nazir: "9 hədəfimiz var"

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda Mətbuat Konfransı keçirilir. 

News24.az xəbər verir ki, mətbuat konfransı Mədəniyyət nazirinin tədbir iştirakçılarını salamlaması ilə başlayıb.

Nazir bildirib ki, bu  il Azərbaycan üçün əlamətdar il olub: "Xüsusən də Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda möhtəşəm qələbənin il dönümüdür. Bu il cənab prezidentin göstərişi ilə Böyük qayıdışın ilk addımları atılıb. Bu böyük qayıdışa gələn il də Böyük qayıdışa töhfə verməyi arzu edirik".

A.Kərimov həmçinin bu ilin əvvəlində nazirliyin 9 hədəfdən ibarət planının olduğunu deyib: "Bunu açıqlayanda mən öz tvitter hesabımda yazdım ki, bu 9 hədəfi elan etdik və bundan sonra bu hədəfləri sözdə yox, əməldə icra etməkdir. Bu gün bizim tərəfimizdən hesab vaxtıdır".