Lənkəranda sərxoş sürücü qəza törətdi, 80 ailə QAZSIZ QALDI
    • 4-01-2022, 11:20
    • 363

Lənkəranda sərxoş sürücü qəza törətdi, 80 ailə QAZSIZ QALDI

Lənkəranda sərxoş sürücü qəza törədib, 80 ailəni qazsız qoyub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, rayon sakini Yalçın Həsənov idarə etdiyi “VAZ 2121” markalı avtomobillə axşam saatlarında rayonun Sütəmurdov kəndi ərazisində idarəetməni itirərək yoldan çıxıb və kənardan keçən qaz xəttini qırıb.

Nəticədə təxminən 80 yaşayış evinə təbii qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb. Qəzadan sonra hadisə yerindən yayınan həmin sürücü qısa zaman ərzində Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib və idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilib. Müvafiq tibbi müayinədən keçdikdən sonra Y.Həsənovun sərxoş olduğu və nəqliyyat vasitəsini spirtli içki qəbul etdikdən sonra idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Y.Həsənovun bir neçə ay əvvəl də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi dövlət yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və həmin vaxt onun barəsində qanunamüvafiq tədbirlər görülüb.