XİN başçıları Qazaxıstana görə toplandı
    • 11-01-2022, 12:02
    • 446

XİN başçıları Qazaxıstana görə toplandı

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı başlayıb.

İclas videokonfrans formatında keçirilir.

Türkiyə XİN başçısının sədrliyi ilə keçirilən toplantının əsas mövzusu Qazaxıstandakı böhran durumudur. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Əvvəlcə Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib./Report/