Almatıda 20 min terrorçunun olmasını ilk dəfə Tokayev yox, O DEYİB - Qazaxıstan səfiri AÇIQLADI
    • 12-01-2022, 16:40
    • 462

Almatıda 20 min terrorçunun olmasını ilk dəfə Tokayev yox, O DEYİB - Qazaxıstan səfiri AÇIQLADI

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Prezident Kasım-Jomart Tokayevin Almatı şəhərində 20 min terrorçunun olması barədə səsləndirdiyi fikrə münasibət bildirib.

News24.az xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında deyib ki, 20 min silahlının sayını ilk olaraq daxili işlər naziri səsləndirib.

Səfirin qeyd edib ki, bunlar təxmini hesablamalardır: "Ola bilsin ki, müvafiq rəqəm arta və ya azala bilər. Bu, Almatıda silsilə hücumlar həyata keçirən kütləyə verilən qiyməti idi. Şəhərin mərkəzi praktiki olaraq talan edilib. Eyni mənzərə ölkənin bir sıra şəhərlərində də müşahidə olunub. Söhbət silahlı şəxslərdən, o cümlədən Qazaxıstan vətəndaşlarından gedir. Hələlik antiterror əməliyyatı başa çatmayıb, silahlıların tapılması və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Silahlıların Əfqanıstan və Yaxın Şərq də daxil olmaqla qonşu ölkələrdən olması barədə məlumat var idi”.