Cəlilabad sakinində qanunsuz odlu silah aşkar EDİLDİ
    • 16-01-2022, 17:09
    • 292

Cəlilabad sakinində qanunsuz odlu silah aşkar EDİLDİ

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini S.Məmmədovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmçinin rayon sakinləri S.Yarıyev və S.Piriyevin isə mülki silahın daşınması qaydalarını pozduqları müəyyən edilib.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.