Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edildi
    • 25-01-2022, 14:49
    • 509

Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edildi

Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcəkdir.