-
- 26-01-2022, 14:17
- 637
Əqli geriliyi olan şəxsin evinə girdi, iyrənc cinayət törətdi - TƏFƏRRÜAT
Sumqayıt şəhərində mənzildən oğurluq etmiş 1969-cu il təvəllüdlü, əvvəllər də məhkum olunmuş Rauf Qurbanov (şərti) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az-ın məlumatına görə, Bakı şəhər Nizami rayonunda yaşayan, şirkətlərdən birində fəhlə işləyən şəxs Sumqayıta bacısıgilə gedib-gələndə qonşuluqda əqli cəhətdən zəif inkişaf etmiş Muxtarla (şərti) anasının yaşadığını öyrənib. Bundan sonra o, evdən oğurluq etmək niyyətinə düşüb və 1991-ci il təvəllüdlü Muxtar evdə tək olarkən onu aldadaraq mənzilə daxil olub və oğurluq planını həyata keçirib.
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs – Muxtarın anası bildirib ki, hadisə baş verən gün işləri ilə əlaqədar Bakıda olub: “Oğlumda anadangəlmə əqli zəiflik var, ancaq 7-ci sinfədək orta təhsil alıb, həyat yoldaşım 2017-ci ildə vəfat edib. Oğlumun normal qavrama qabiliyyəti olsa da, əqli zəifliyinə görə 2 qrup əlildir. 27.04.2021-ci il tarixdə saat 20 radələrində evdə olarkən oğlumun yanında özümə məxsus olan 1000 manat və 500 ABŞ dolları məbləğində pulu, qızıl üzüyü, sırğanı qəhvəyi rəngli pul qabına, həmin pulqabını da kompüter çantasının içərisinə qoyub yataq otağındakı şkafın içərisinə qoymuşdum. 28.04.2021-ci il tarixdə saat 08:30 radələrində evdən çıxaraq şəxsi işimlə əlaqədar Bakı şəhərində yerləşən Dövlət Miqrasiya Xidmətinə getmişdim. Evdən çıxanda oğluma tapşırmışdım ki, qapı döyülsə heç kimə qapını açmasın. Həmin gün saat 12 radələrində o Bakı şəhərindən çıxıb Sumqayıt şəhərinə qayıtdım, evə çata-çatda mobil telefonuma zəng gəldi, özünü polis əməkdaşı kimi təqdim edən şəxs məndən harada olduğumu soruşdu, mən də Sumqayıtda olduğumu, evə getdiyimi dedim. Həmin şəxs də mənə bizim evdə olduğunu dedi. Tez evə getdim və polis əməkdaşlarının da evdə olduğunu gördüm. Söhbət əsnasında məlum oldu ki, o evdə olmadığım vaxt qapı döyülüb, oğlum yaşlı kişiyə qapını açıb, həmin kişi ona deyib ki, qonşugilə gedir, tələsir, əllərini yumaq istəyir, oğlum da onu evə buraxıb, həmin şəxs hamam otağına keçib əllərini yuyub qonaq otağına keçib divanda əyləşib, sonra isə yataq otağına keçərək şkafda gizlətdiyim kompüter çantasını açıb içəridə olan qəhvəyi rəngli pul qabını götürüb içərisinə baxıb yenidən onları yerinə qoyub şkafı bağlayıb. Daha sonra uşağın xəstəliyindən istifadə edərək ona 4 manat pul verib deyib ki, getsin mağazadan nə istəyirsə alsın, uşaq da evdən çıxıb mağazaya gedib. Həmin şəxs də evdə heç kimin olmamasından istifadə edərək şkafa qoyduğum kompüter çantasından pul qabını götürüb çıxıb gedim. Oğurluq nəticəsində mənə ümumilikdə təxminən 2183 manat ziyan vurulub və dəymiş ziyan ödənilməyib. Ancaq 17.01.2022-ci ildə məhkəmə iclasından əvvəl təqsirləndirilən şəxs mənimlə razılığa gəlmək istəyib, hər ay 700 manat əmək haqqı aldığını bildirib və həmin əmək haqqının hər ay 100 manatını mənə verəcəyinə söz verib. Dəymiş ziyan ödənilsə, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbim olmayacaq, təqsirləndirilən şəxsin tutulmasını istəmirəm”.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ona böhtan atıldığını, hadisənin baş verdiyi gün ümumiyyətlə Sumqayıta getmədiyini, Bakıda olduğunu deyib. Bununla belə o, şikayətçiyə hər ay 100 manat ödəmək niyyətində olduğunu bildirib və məsələnin bu yolla həll etmək istədiyini deyib.
Məhkəmədə şahid kimi ifadə verən zərərçəkmiş qadının əqli yetərsizlikdən əziyyət çəkən oğlu istintaqda üzləşmə zamanı təqsirləndirilən şəxsi tanıdığını, həmin şəxsin onu aldadaraq evə daxil olduğunu bildirib.
Sumqayıt şəhər Məhkəməsində təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilib və 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. İstintaq dövründə azadlıqda qalan 53 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib.