-
- 8-02-2022, 13:10
- 514
Bakıda 21 yaşlı oğlandan görüşə çağırdığı əsgər yoldaşlarına qarşı ŞOK CİNAYƏT
Bakıda hərbi xidmətdə olarkən dostlaşdığı şəxslərə qarşı quldurluq etmiş 2000-ci il təvəllüdlü Rəşad Rəsulov barəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə R.Rəsulovun cinayət əməlini əvvəlcədən planlaşdırdığı məlum olub.
Belə ki, Rəşad 2018-ci ildə hərbi xidmətə yollanıb və orada Mahir və Mədət adlı əsgər yoldaşları ilə dostlaşıb. Onlar 2020-ci ildə təxris edildikdən sonra əlaqə saxlamağa davam ediblər. Lakin Rəşad narkotik vasitələrdən istifadə etməyə başladıqdan onun borcu və problemləri artıb.
O, instaqram vasitəsilə dostları ilə yazışarkən bir neçə dəfə borc pul istəyib. Lakin Mahir və Mədət imkanlarının zəif olduğunu bildirərək ona pul verə bilməyiblər.
Bundan sonra ötən ilin yanvar ayında Rəşad hər iki dostuna qonaqlıq verəcəyi adı ilə onları Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Diqlas” ticarət mərkəzinin qarşısına dəvət edib. Burada dostlarını qarşılayan gənc onları evə aparmaq adı ilə binalar tərəfə aparıb. Bu zaman Rəşada Fuad adlı tanışı da qoşulub.
Həmin vaxt Rəşad əsgər yoldaşlarına bıçaqla hədə-qorxu gələrək onların “Samsung” və “Xioami” markalı telefonlarını əllərindən alıb. Bundan sonra o, Mahir və Mədətə telefonu lombarda qoyub pul götürəcəyini, həmin şəxslərin lombarda ödəniş edərək öz telefonlarını geri ala biləcəyini və ya ona yeni telefon alıb verəcəkləri təqdirdə öz telefonlarını geri qaytaracağını bildirib.
Məhkəmədə Rəşad Rəsulov qeyd edilən əməl üzrə özünü təqsirli bilməyib və Mahirlə Mədətin öz istəkləri ilə onun vəziyyətini başa düşərək telefonlarını verdiklərini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.