Səhiyyə Nazirliyinin rəsmisindən peyvəndlərlə bağlı AÇIQLAMA
    • 9-02-2022, 15:36
    • 446

Səhiyyə Nazirliyinin rəsmisindən peyvəndlərlə bağlı AÇIQLAMA

“Pandemiya bitsə peyvəndlərin vurulması bir ildən bir ola bilər”.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Nazirlik rəsmisi vətəndaşları buster doza almağa çağırıb:

“Sutkalıq yoluxma sayının çox olmasına baxmayaraq, ölkədə heç bir qapanmalara gedilmir. Bu da vaksinasiya göstəricisinin yüksək olması ilə əlaqəlidir. İki doza peyvənd alanların sayı kifayət qədər yüksəkdir. Onların çox hissəsində yan təsirlər müşahidə olunmayıb. Həmin yüksək qoruyuculuğu davam etdirmək istəyənlər buster dozanı qəbul etməklə həyatlarını sığortalamış olacaqlar. Növbəti dozaların aralarındakı fərq 6 ay və ya ildə bir dəfə vurulması epidemioloji vəziyyətdən asılı olacaq. Pandemiya bitsə peyvəndlərin vurulması bir ildən bir ola bilər”.

“Ölkədə koronavirusla əlaqəli sərt qapanmalar səbəbindən digər respirator virus infeksiyalarına yoluxma göstəricisi aşağı idi. Lakin qapanmaların ləğvi nəticəsində belə faktlar çox oldu. Odur ki, maska və digər qoruyucu tədbirlər həmin infeksiyalara yoluxmağın qarşısını almağa qadirdir”, - o, əlavə edib.