Vaksindən sonra əzələ ağrısı, yüksək hərarət: Nə etməli?
    • 11-02-2022, 17:09
    • 247

Vaksindən sonra əzələ ağrısı, yüksək hərarət: Nə etməli?

Birinci və ikinci dozanı “Sinovac” vaksini vurduranların əksəriyyəti “buster” dozada “Pfizer” vurdurur. Əksəriyyət də üçüncü dozadan sonra şiddətli baş və əzələ ağrıları yaşadıqlarını, yüksək hərarətləri olduğunu iddia edirlər.

Ümumiyyətlə, “buster” dozadan sonra nə etmək olmaz? İnfeksionist Nicat Əzimli bildirib ki, peyvəndlərin yanaşı təsirinin olması istər “buster”, istərsə də ilkin dozalarda vaksinin təbii xüsusiyyətdir: “Buna görə profilaktik nəsə etmək çox da mümkün deyil. Amma yenə də əgər əzələ ağrıları və s. olarsa, yerli krem və ya məlhəm şəklində ağrıkəsicilərdən istifadə etmək daha məqsədəuyğun olar, nəinki ağrıkəsici dərman qəbul etmək”.

Onun sözlərinə görə, ağrı baş verdikdən sonra içilən iltihab əleyhinə preparatların vaksinin mexanizminə, yəni immunitet yaratma prosesinə təsirinin olub-olmaması sübut olunmadığı üçün qeyd olunur ki, imkan daxilində bu dərmanlardan istifadə edilməsi: “Əgər qızdırma çox yüksək deyilsə, ağrılar çox narahat etmirsə, tablet və ya iynə şəklində ağrıkəsicilərdən istifadə etmək məqsədəuyğun sayılmır. Amma yerli krem və ya məlhəm şəklində istifadə olunursa, heç bir mənfi təsiri olmayacaq”. /Bakıvaxtı.az/