Eldar ABŞ diplomatı ilə mahnı oxudu -VİDEO
    • 18-02-2022, 12:31
    • 1 589

Eldar ABŞ diplomatı ilə mahnı oxudu -VİDEO

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson və müğənni Eldar Qasımov ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərini nümayiş etdirmək üçün elektromobillə gəzintiyə çıxıblar.

News24.az xəbər verir ki, onlar gəzinti zamanı “Carpool Karaoke” tərzində mahnılar ifa ediblər. Öncə ingilis, daha sonra Azərbaycan dilində səslənən mahnılar və Eldarla Dikersonun səmimi söhbət sosial şəbəkə izləyicilərinin marağına səbəb olub. Həmin görüntüləri təqdim edirik: