Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
    • 4-03-2022, 09:38
    • 593

Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Martın 3-də polis əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.