14 koronavirus xəstəsi ictimai yerlərdə SAXLANILDI
    • 5-02-2022, 10:40
    • 284

14 koronavirus xəstəsi ictimai yerlərdə SAXLANILDI

Fevralın 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.