25 aktiv koronavirus xəstəsi saxlanıldı
    • 7-02-2022, 09:56
    • 222

25 aktiv koronavirus xəstəsi saxlanıldı

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, fevralın 5-də və 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.