Dünən vətəndaşlardan qanunsuz 3 ov tüfəngi götürüldü
    • 9-03-2022, 10:27
    • 543

Dünən vətəndaşlardan qanunsuz 3 ov tüfəngi götürüldü

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 8-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb. 

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.