Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanıldı
    • 11-03-2022, 10:07
    • 535

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanıldı

Martın 10-da polis əməkdaşları tərəfindən 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.