İrəvan Teatrı qastrol səfərinə yola düşür
    • 5-12-2018, 12:35
    • 1 076

İrəvan Teatrı qastrol səfərinə yola düşür

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə gedir.

Teatrdan verilən xəbərə görə, kollektiv dekabrın 7-dən 19-dək şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə Quba, Sabirabad, Laçın (Taxta körpü), İmişli və Samux rayonlarında qastrol səfərində olacaq. 
Teatr dekabrın 12-də isə şair-dramaturq İftixarın “Qalx ayağa, Azərbaycan” adlı tamaşası ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Balakən rayonuna qastrol səfəri edəcək.