“Vətən uzaqda deyil” şüarı ilə yola çıxanlar
    • 18-03-2022, 15:44
    • 1 503

“Vətən uzaqda deyil” şüarı ilə yola çıxanlar

Həyatımız çox dəyişdi. COVID, pandemiya, müharibə, tarixi Zəfər… Amma sakitlik, hüzur bərpa olmur ki, olmur! Dünya qarışıb. 

Müharibəni, məcburi köçkünlüyü şəxsən yaşayan biri kimi bu günlər sanki 90-cı illərə apardı məni. Amma durum fərqliydi - biz Azərbaycanda çox çətin günlər yaşadıq, ancaq Ukraynadakı azərbaycanlılar kritik günlərdə tək qalmadı. Diaspora Komitəsi hadisələrə çox çevik və komanda şəklində reaksiya verdi. Nə evində, nə də sığınacaqda olanlar özünü tək hiss etmədi, “Vətən uzaqda deyil” deyərək hamısının yanında oldu, yönəltdi, vaxtında qurulmuş Azərbaycan evlərində yerləşdilər. Miqyas genişdir, itkilər də var, amma daha çox ola bilərdi. 

Diaspora Komitəsi bir müddətdir ki, bir vətəndaş kimi diqqətimi çəkmişdi: xaricdə yaşayan tanımadığımız azərbaycanlılarla bizi tanış edirdi. Komitə sayəsində Məsud Aşina ilə şəxsən tanış oldum, mühazirəsini dinlədim. Amma indi bu fəaliyyət tam başqadır - insanları xilas etmək. 

İnsan çox şeyi itirər - evini, işini, var-dövlətini, amma sınmaz! İnsanı sındıran ümidsizlikdir. Bu mənada Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara ümid oldu. Hələ görüləcək çox işlər var. Ugurlar arzulayıram bütün komandaya!

Fəxriyyə Məmmədova - psixoterapevt