Bakıda avtomobillər toqquşub, xəsarət alan var
    • 20-03-2022, 10:46
    • 1 500

Bakıda avtomobillər toqquşub, xəsarət alan var

Bakıda avtomobillər toqquşub, xəsarət alan var.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “VAZ" markalı minik avtomobili “Opel” markalı minik avtomobilinə çırpılıb: "Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".