Bakıda ağır qəzada ölənin adı açıqlandı
    • 21-03-2022, 16:17
    • 1 595

Bakıda ağır qəzada ölənin adı açıqlandı

Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində baş verən ağır yol qəzasında ölənlərdən birinin açıqlanıb.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda ”MAN” markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.