Bakıda mağaza və anbar yanır
    • 25-03-2022, 14:36
    • 1 841

Bakıda mağaza və anbar yanır

Bakıda mağaza və anbar yanır.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə məlumat daxil olub. Yanğından mühafizə bölmələri hadisə baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.