-
- 1-04-2022, 11:08
- 1 701
Bərdədə antisanitar vəziyyətdə saçaqlı pendir istehsal edən sex bağlandı
Bərdə rayonunun Mirzəxan kəndində yerləşən sexdə antisanitar vəziyyətdə saçaqlı pendir istehsalı və obyektin qeydiyyatdan keçmədən fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi”nə şikayət daxil olub.
AQTA-dan News24.az-a verilən məlumata görə, müraciət əsasında müvafiq qaydada araşdırmalar aparılıb.
Yoxlama nəticəsində müəssisənin “Yeyinti məhsulları haqqında” qanuna zidd olaraq, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi qeydə alınıb. Nəticədə “İnzibati Xətalar Məcəlləsi”nin 220.2-ci maddəsi üzrə inzibati xətanı törətdiyinə görə məsul fiziki şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.