Xırdalanda damı uçan məktəbdə tədris qismən bərpa olundu
    • 5-04-2022, 10:42
    • 563

Xırdalanda damı uçan məktəbdə tədris qismən bərpa olundu

Ötən gün güclü külək nəticəsində dam örtüyü uçan Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris qismən bərpa olunub.

Bu barədə News24.az-a Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar məktəbdə tədris qismən bərpa olunub: "Bəzi siniflər isə müvəqqəti olaraq onlayn dərslərə cəlb olunublar".

Qeyd edək ki, dünən hadisə ilə əlaqədar tədris müvəqqəti dayandırılmışdı. Fəsad zamanı xəsarət alan olmayıb.