DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə birgə layihə üzrə daha 100 nəfəri işlə təmin etdi
    • 12-04-2022, 10:41
    • 216

DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə birgə layihə üzrə daha 100 nəfəri işlə təmin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə əməkdaşlığa başlayıb. 

News24.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində DOST İş Mərkəzi respublikamızın rayon (şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan təlabatı nəzərə alaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər müvafiq sahədə işlərə cəlb olunub.

İşə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işlərini yerinə yetirəcəklər.

Bununla onlar həmin peşə sahələri üzrə  ilkin bilik və bacarıqlar  qazanmaq imkanı da əldə edəcək.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.