Bakıda 15 yaşlı yeniyetməni avtomobil vurdu
    • 14-04-2022, 01:49
    • 400

Bakıda 15 yaşlı yeniyetməni avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 2007- ci il təvəllüdlü Namazov Oruc Nəsimi oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.  /Report.az/