Prokurorluqda 265 şəxslə bağlı cinayət işinin istintaqı tamamlanıb
    • 18-04-2022, 11:47
    • 227

Prokurorluqda 265 şəxslə bağlı cinayət işinin istintaqı tamamlanıb

2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 265 şəxs barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 265-dir. Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 265 şəxs barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.