-
- 27-04-2022, 11:29
- 384
Azərbaycanda övladını xəstəxanaya aparan şəxs ağır qəza törətdi – ÖLƏN VAR
Ötən ilin 26 avqustunda Ağdaş-Ləki yolunda 1966-cı il təvəllüdlü Ramiz Səmədovun ölümü ilə nəticələnən yol qəzası törətmiş 1989-cu il təvəllüdlü Pərviz Rəcəbovun məhkəməsi keçirilib.
News24.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisəni törədən şəxsın sürücülük vəsiqəsi olmayıb və hadisə vaxtı sərxoş halda olub.
Belə ki, övladının qızdırmasının olduğunu öyrənən Pərviz qardaşına məxsus avtomobilə həyat yoldaşını və oğlunu əyləşdirərək yaşadığı Qaraoğlan kəndindən Ağdaşa getmək qərarına gəlib. O, əmisi oğlu və qardaşını da yoldan götürərək yola çıxıb. Yolda uşağın qızdırmasının çox olduğunu görən Pərviz fikrini dəyişdirərək Ağdaş xəstəxanasına deyil, Ləkidəki tibb bacısının evinə getmək qərarına gəlib. Bir qədər getdikdən sonra o, ötmə əməliyyatı edərkən yolu keçməyə çalışan 1966-cı il təvəllüdlü Ramiz Əvəzovu vurub. Pərviz və maşındakı şəxslər düşərək Ramizə kömək ediblər və onu arxa oturacağa əyləşdiriblər. Pərviz övladı ilə həyat yoldaşını ön oturacaqda, qardaşı, əmisi oğlu və yolda vurduğu Ramizi isə arxa oturacaqda əyləşdirərək bu dəfə yenidən Ağdaş xəstəxanasına maşını sürüb. Burada onun övladına tibbi yardım göstərilib, həmçinin onlar Ramizi rentgendən keçiriblər. Xəstəxanada Ramiz yolda onun avtomobilin vurduğunu gizlədərək guya traktordan yıxıldığını deyib. Daha sonra Pərviz ailə üzvlərini və maşınla vurduğu şəxsi yenidən avtomobilə əyləşdirərək kəndə qayıdıb. Ramizin yaşadığı yerə çatdıqda onlar həmin şəxsin tərpənmədiyini və nəfəs almadığını görüblər. Onlar əvvəlcə Ramizin xəstəxanada vurulan iynə səbəbindən şoka düşdüyünü düşünsələr də, az sonra Ramizin yol qəzasında aldığı xəsarətdən öldüyü məlum olub.
Bundan sonra yol qəzası ilə bağlı polisə məluma daxil olub və Pərviz Rəcəbov barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Məhkəmənin hökmü ilə Pərviz Rəcəbov 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ocəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.