Qış bulvarında silahlı quldurluq – Hədələyib 470 manat alıb qaçdılar
    • 29-04-2022, 18:27
    • 280

Qış bulvarında silahlı quldurluq – Hədələyib 470 manat alıb qaçdılar

Bakının mərkəzində yeni salınmış Qış parkında (Qış bulvarı) quldurluq hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, 2 naməlum şəxs Rəsulov Həbib Rza oğluna hücum edib. Onlar Həbibin üzərinə bıçaq çəkərək pullarını verməsini tələb ediblər və 470 manat götürərək qaçıblar.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları hadisə ilə bağlı dərhal əməliyyat keçiriblər.

Hadisəni törətmiş  Nicat Mikayılov və Səxavət Yunusov tututlublar.

Onların barəsində Cinayət Məcəlləsinin 181 (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş açılıb.
Hazırda araşdırmalar davam etdirilir.