Nazir müavini 75 yaşlı Xalq artistinə baş çəkdi
    • 4-05-2022, 13:43
    • 614

Nazir müavini 75 yaşlı Xalq artistinə baş çəkdi

Mədəniyyət nazirinin müavini Elnur Əliyev Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli professor, tarzən Ramiz Quliyevə baş çəkib.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazir müavini Xalq artistinə 75 illik yubileyi münasibətilə möhkəm can sağlığı yeni yaradıcılıq uğurları arzu edib.

R.Quliyev də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.