Rusiya MN-in generalı həbs olundu
    • 14-05-2024, 08:33
    • 147

Rusiya MN-in generalı həbs olundu


Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır general barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə agentlik bildirib.