ABŞ dövlət katibi Almaniya və Fransaya səfər edəcək
    • 12-05-2022, 17:26
    • 449

ABŞ dövlət katibi Almaniya və Fransaya səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken mayın 14-15-də NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin Berlində keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək.
 
News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.

Bildirilib ki, dövlət katibi Almaniya ilə yanaşı Fransaya da səfər edəcək.

Məlumata görə, səfərlər zamanı Ukraynadakı vəziyyət müzakirə olunacaq.