Bakıda işdən çıxarılan oğlan qohumunu bıçaqladı
    • 18-05-2022, 18:03
    • 229

Bakıda işdən çıxarılan oğlan qohumunu bıçaqladı

Ötən ilin 2 noyabr tarixində gecə saat -1 radələrində Nizami rayonund ayerləşən “Golden Ring” restoranının qarşısında həmin restoranın baş kababçısı Nahid Əliyevin bıçaqlanmas hadisəsinin təfərrüatları məlum olub.
 
News24.az-ın məlumatına görə, araşdırma zamanı məlum olub ki, Nahidi həmin restoranda kababçı işləmiş qohumu 1991-ci il təvəllüdlü Pərvin Abbasov bıçaqlayıb.

Belə ki, hər iki şəxs Bərdə rayonundandır və yaxın dost olublar. Pərvin atasının gözlərinin tutulması, anasının isə onkoloji xəstə olmasını bildirərək “Golden Ring”də baş kababçı olan xalası nəvəsi Nahiddən onu yanında işə düzəltməsini xahiş edib.

Nahid bununla razılaşaraq Pərvini yanında işə götürüb. Əvvəlcə onların münasibətləri yaxşı olsa da, sonradan Pərvinin bir neçə dəfə işə gecikməsi, bəzi günlərdə isə işə ümumiyyətlə gəlməməsi Nahidin onu işdən kənarlaşdırması ilə nəticələnib. Bundan sonra Pərvin bir neçə dəfə xahiş etsə də, Nahid onu işə bərpa etməyib. Bu səbəbdən Pərvin Abbasov xalası nəvəsindən qisas almaq qərarına gəlib.

O, noyabrın 1-də gecə saatlarında restoranın yaxınlığına gələrək Nahidi gözləyib. Bir qədər sonra, yəni noyabrın 2-nə keçən gecə saat 01 radələrində Nahidin restorandakı işini bitrərək çölə çıxdığını görən Nahid ona yaxınlaşıb. Bu zaman onların arasında münaqişə yaranıb, Pərvin özü ilə gətirdiyi bıçaqla qohumuna ağır xəsarət yetirərək uzaqlaşıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə iş açılıb. Tutularaq istintaqa təhvil verilən Pərvinə Nizami rayon Məhkəməsi 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.