Piyadanı vuran sürücü saxlanıldı
    • 19-05-2022, 10:00
    • 178

Piyadanı vuran sürücü saxlanıldı

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 17-də saat 23 radələrində Salyan şossesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olub.

DİN-dən News24.az-a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır