Azərbaycan bu ölkələrə uçuş icazəsi verdi
    • 19-05-2022, 20:45
    • 248

Azərbaycan bu ölkələrə uçuş icazəsi verdi

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək.

News24.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən 20 may tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

Bolqarıstan Respublikası;
Butan Krallığı;
Cənubi Afrika Respublikası;
Qvatemala Respublikası;
Laos Xalq Demokratik Respublikası;
Livan Respublikası;
Mavriki Respublikası;
Misir Ərəb Respublikası;
Myanma İttifaqı Respublikası;
Nepal Federativ Demokratik Respublikası;
Paraqvay Respublikası;
Şimali Makedoniya Respublikası;
.Şri-Lanka Demokratik Sosialist Respublikası;
Vyetnam Sosialist Respublikası.”.