Almaniyada qasırğa: Ağac sərnişinlərlə dolu avtobusun üstünə aşdı - VİDEO/FOTO
    • 21-05-2022, 14:20
    • 548

Almaniyada qasırğa: Ağac sərnişinlərlə dolu avtobusun üstünə aşdı - VİDEO/FOTO

Almaniyanın qərb şəhərlərini qasırğa vurub. Təbii fəlakət nəticəsində binaların damı uçub, ağaclar kökündən çıxıb. Güclü qasırğa xüsusən Paderborn və Lippştadt şəhərlərində görünüb. Yerli hakimiyyət orqanları azı 40 nəfərin yaralandığını, onlardan onunun vəziyyətinin ağır olduğunu bildirir.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə təbiət hadisəsinin qorxunc görüntüləri paylaşılıb. Kadrlardan birində ağacın sərnişinlərlə dolu avtobusun üzərinə düşdüyü görünür. /Oxu.az/